Layihələrə qayıt
Yolların tikintisi - Qazaxıstan

"RF sərhədi (Samara istiqamətində) – Çimkənd, Uralsk, Aqtöbe, Qızılorda şəhərlərindən” respublika əhəmiyyətli avtomobil yolu sahəsinin yenidən qurulması

Sifarişçi: QR “İİN Avtomobil Yolları Komitəsi”

Avtomobil yolu (km 1702 – km 1752) Qızılorda vilayətinin mərkəzi hissəsi və cənub hissəsindən keçir.

Mühəndislər tərəfindən topoqrafik, geoloji və mühəndis-layihə axtarışları üzrə bir sıra ilkin işlər aparılmışdır. Yerli layihə-axtarış təşkilatları ilə razılaşdırdıqdan sonra işlərin icrasına başlanmışdır. İqlim şəraiti bu sahədə tikinti işlərinin aparılmasını əhəmiyyətli dərəcədə çətinləşdirirdi. Sahədə isti quru yay və soyuq qışla kəskin kontinental iqlim şəraiti mövcuddur, qar örtüyü isə sabit deyil. Sahə qurudur. Yağıntıların miqdarı ilbəil əhəmiyyətli dərəcədə dəyişir.

Yuxarıda göstərilən şəraiti nəzərə alaraq avtomobil yolunun bu sahəsinin tikintisi “EVRASCON” Korporasiyasının həyata keçirilməsi ən çətin layihələrindən biri olmuşdur. Yol-iqlim təsnifləşdirilməsinə uyğun olaraq yenidən qurulan avtomobil yolu sahəsi V zonada yerləşir. Örtük kateqoriyası II tipdir.

Avtomobil yolunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:

  • Yol geyimi – asfalt-beton;
  • Yolun uzunluğu – 49 km;
  • Körpülər – nəqliyyat qovşağında 12 körpü və bir yol ötürücüsü;
  • Borular – 23 ədəd dairəvi;
  • Mal-qara keçidi – 9 əd.;
  • Hesabi hərəkət sürəti – 120 km / s;
  • Hərəkət hissəsinin eni - 7,5 m;
  • Yol çiyninin eni - 3,75 m.
Telegram
WhatsApp