A-373 “Daşkənd-Oş” avtomobil yolunun yenidən qurulması
Obyektin sifarişçisi: Özbəkistan Respublikası “Maliyyə Nazirliyi nəzdində Respublika Yol Fondu”.
116-190 km sahəsində 58 km uzunluğunda yenidən qurulan sahə Özbəkistan Respublikasının Daşkənd vilayətinin Axanqaran rayonu və Namanqan vilayətinin Papa rayonunda yerləşir və ən yüksək nöqtəsinin hündürlüyü 2268 m olan Kamçik aşırımından keçir. Beynəlxalq əhəmiyyətli yol olan Kamçik aşırımı Daşkənd vilayəti və Ferqan vadisi arasında avtonəqliyyat üçün yeganə yerüstü yoldur.
Hərəkət intensivliyi gündə 18 530 avtomobil təşkil edir. Layihələndirilən sahədəki yolun 4 hərəkət zolağı var və bu yol Ib dərəcəlidir. Bu layihədə sərt örtük növünə keçid və 7,5 m-dən 10,5 m-dək hər istiqamətdə hərəkət hissəsinin genişləndirilməsi ilə yol geyiminin əsaslı təmiri nəzərdə tutulur.
Bu avtomobil yolunun istismar şəraitini nəzərə alaraq yol elementlərinin aşağıdakı parametrləri qəbul edilmişdir:
- Yol örtüyünün eni – 26,40 m;
- Hərəkət hissəsinin eni – 2 х 10,5 m;
- Ayırıcı zolaqda bərkidilmiş zolağın eni – 2 х 1,0 m.
Yol geyiminin konstruksiyası:
- Monolit betondan örtük - h = 31 sm;
- Özülün 6%-dək sementlə bərkidilmiş qırmadaş-qum qarışığından yuxarı təbəqəsi - h = 20 sm;
- 10% qırmadaşın əlavə olunması ilə qırmadaş çınqıl-qum qarışığından bərabərləşdirici təbəqə;
- Asfalt-betondan mövcud örtük.
Ümumilikdə layihə çərçivəsində görülən işlərə aşağıdakılar aiddir:
- Süni qurğuların qurulması ilə bağlı işlər;
- Özülün üst təbəqəsinin qurulması ilə bağlı işlər - CTB;
- Sement-beton örtüyünün qurulması ilə bağlı işlər;
- Bərkidilmiş yol çiyinlərinin qurulması ilə bağlı işlər;
- Avtomobil yolunun abadlaşdırılması ilə bağlı işlər.