Layihələrə qayıt
Offshore işləyi - Azərbaycan

Astarada Liman

Sifarişçi: “Washington International INC” şirkəti.

Azərbaycan Respublikasının infrastrukturunun yaxşılaşdırılması üzrə dəniz və irriqasiya layihələrini həyata keçirməyə başlayan zaman “EVRASCON” Korporasiyası respublikada ən yaxşı tikinti korporasiyalarından biri kimi nüfuzunu layiqincə qoruyub saxlamışdır.

Şirkətə etibar edilən limanların tikinti və bərpası üzrə layihələr hər zaman ən yüksək səviyyədə və vaxtında yerinə yetirilmişdir.

“Astara rayonunda liman tikintisi” də belə layihələrdən biridir.

Bu layihə üzrə görülən işlərə aşağıdakılar aiddir:

  • Şimal (L = 419,0 m) və Cənub (L = 307,0 m) bəndlərinin tikintisi;
  • 1 və 2 saylı yanalma pirslərinin tikintisi:
    - payaların hazırlanması, vurulması və betonlanması;
    - dəmir-beton tavaların hazırlanması və quraşdırılması.
  • Şimal və Cənub bəndlərinin bərkidilməsi:
    - 100 - 300 kq–lıq daşların daşınması və örtülməsi;
    - dalğalı sahələrdə dəmir-beton qeksaleqlərin hazırlanması və düzülməsi.
  • Giriş kanalı və akvatoriyanın dərinləşdirmə işləri;
  • Katerin boşaldılması üçün maili meydançanın tikintisi;
  • Ərazinin və bəndlərin üst hissəsinin asfaltlanması;
  • Enerji təchizatı;
  • Su təchizatı.

Obyekt 2005-ci ildə istismara verilmişdir.

Telegram
WhatsApp