Araz çayının yeni məcrası
Sifarişçi: “Azərbaycan Meliorasiya və Su təsərrüfatı” ASC.
Çayın yeni məcrası Araz və Kür çaylarının mövcud məcralarında güclü daşqın olduğu zaman onlara düşən yükün azaldılması məqsədilə 2010-cu ildə layihələndirilmişdir. Məcra ümumi uzunluğu 130 km, trasın əvvəlində eni 200 m, 5-ci km-dən sonra isə 100 m olan torpaq kanalıdır.
Bu kanala su Araz çayının sağ sahilində, mövcud Bəhrəmtəpə su qovşağının axını üzrə 800 m hündürlükdə yerləşən əsas qurğu vasitəsilə ötürülür.
Əsas qurğu maksimal Q = 700 m³ / s sərfiyyatının buraxılışı üçün nəzərdə tutulan 16-aşırımlı açıq şlüz-tənzimləyicisidir (16 х 5,0 m). Qurğu DT-85 5,0 х 3,5-6 m -lik 16 dərin təkər rəzəsi və avtomobil yolu körpü keçidi ilə təchiz edilmişdir.
Yeni məcranın digər su axınları ilə kəsişməsində bir neçə eniş tikilmişdir:
- Q = 70 m³ / s sərfiyyatı üçün Əzizbəyov adına mövcud kanalda ümumi uzunluğu 448 m olan üç dəlikli t/beton düker 3 х (4,0 х 3,5);
- Q = 8,68 m³ / s sərfiyyatı üçün mövcud P-2 kanalında uzunluğu 170 m olan iki dəlikli metal akveduk 2 х D = 2000 mm;
- Q = 1,0 m³ / s sərfiyyatı üçün (D = 1200 mm) ümumi uzunluğu təxmini 125 m olan kombinə edilmiş akveduk.
Tikinti 2010-cu ildə başlamış, tikinti müddəti 1 il təşkil etmişdir.