Sırdərya çayı üzərindən körpü
Qızılorda vilayəti ərazisində “Qərbi Avropa - Qərbi Çin” layihəsində “EVRASCON” Korporasiyası tərəfindən ilk dəfə olaraq monolit aşırım qurğusu ilə körpünün tikinti texnologiyası tətbiq olunmuşdur. Bu qurğunun sifarişçisi: “KazAvtoJol” SC.
Konstruksiyanı nəzərə alaraq bu növ qurğular uzunömürlü olmaqla yanaşı, etibarlılıq, təhlükəsizlik, qısa tikinti müddəti, estetik görünüş, istənilən ərazidə fərdi layihələndirmə və qurulma imkanı kimi bir sıra üstünlüyə malikdir. Körpünün tikintisi 2 ilə başa çatdırılmışdır.
Xatırladaq ki, “Qərbi Avropa - Qərbi Çin” avtomobil yolunun 812 km-lik əsas sahəsi Qızılorda vilayəti ərazisində yerləşir. Layihə çərçivəsində 12-si “EVRASCON” Korporasiyası tərəfindən tikilən 48 körpünün tikilməsi planlaşdırılmışdır.
Sırdərya çayı üzərindən körpü Qazaxıstan Respublikasında on ən böyük körpü onluğuna daxil olmuşdur. O Qazalı rayonunda Alseit sahəsində tikilmişdir. Sırdərya çayından yeni yol sahilyanı kəndlərin sakinlərinin problemlərini həll etməyə imkan yaratmışdır. Təxminən 15 min insan 30 ildən çoxdur ki yay mövsümündə fəaliyyətdə olan və ağır yüklü avtomobillərin keçidini təmin edə bilməyən köhnə bərədən istifadə etməli olurdu.
Körpünün uzunluğu 387 metr, yükqaldırma qabiliyyəti isə 180 ton təşkil edir, yol örtüyü isə hər birinin eni 3,5 metr olmaqla dörd zolaqdan ibarətdir.
Bu qurğu sayəsində yerli əhalinin həyatı asanlaşmışdır. Buz axını zamanı bərələr yığışdırılır, rayon mərkəzinə isə yalnız Basıkar kəndindən keçərək daxil olmaq mümkün olurdu. Çaydan keçməyin asan olmadığı və bataqlıqları nəzərə alaraq yerli sakinlərin bir çox nəsli belə körpü arzusunda idi.
Bu layihənin həyata keçirilməsi istənilən çətinlikdə layihələri həyata keçirən “EVRASCON” Korporasiyasının yüksək peşəkarlıq səviyyəsi, həmçinin xaricdə Korporasiyanın təcrübəsi və səriştələrinə olan etimadın göstəricisidir.