Layihələrə qayıt
Körpülərin tikintisi - Azərbaycan

Şəki-Kiş avtomobil yolunda Kişçay çayı üzərində körpü

Müq.Yelisey kilsəsinin yerləşdiyi Kiş kəndi, Şəki şəhərindən bir neçə kilometr məsafədə yerləşir və tarixi və mədəniyyəti ilə bu qədim Azərbaycan şəhəri ilə sıx bağlıdır.

Körpünün uzunluğu 88.2 metr, eni isə 11 metrdir. Sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-dir. Yeni körpünün hərəkət hissəsinin eni 8 metrdir.

Piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun hər iki tərəfində 1,5 metr genişlikdə səki tikildi. Körpü tək aşırımlıdır, körpünün çayın yatağı üzərində hündürlüyü 7 metrdir, bu isə gələcəkdə körpünün sellərin təsirinə məruz qalmasının qarşısını alacaq.

2016-cı ilin iyul ayında baş verən yağışlar nəticəsində çıxan daşqınlar Kiş çayı üzərindəki körpünü dağıdıb, nəticədə Kiş kəndinin regional mərkəzlə nəqliyyat əlaqəsi kəsilmişdir.

17 Avqust 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev 7 min nəfərin yaşadığı Kiş kəndini, ətraf yaşayış məntəqələri ilə birləşdirən tək körpünün bərpası haqqında fərman imzalamış və tikinti "EVRASCON" Korporasiyasına həvalə edilmişdir.

Körpünün texniki xüsusiyyətləri:

  • Sxem - 1 x 80.2 m;
  • Tam uzunluq - L = 89.2 m;
  • Qabaritləri - Q = 7.0 m.

Körpünün aşırım qurğusu metal tağdan asılı olan monolit dəmir-beton tava şəklində yerinə yetirilmişdir. Körpünün kənar dayaqları individual konstruksiyaya malik olub massiv şəkildə nəzərdə tutulmuşdur.

Telegram
WhatsApp