05.05.2023

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun km 21.4-də piyada keçidinin tikintisi ” layihəsi

Şirkətimiz M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun km 21.4-də piyada keçidinin tikintisi ” layihəsini davam etməkdədir.

Sifarişçi - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi.

Piyada keçidinin əsas göstəriciləri:

Uzunluğu - 42.5 m

Eni - 2.25 m

Keçidaltı qabarit - 5.50 m

Giriş-çıxışların sayı - 2 ədəd –

Lift - 2 ədəd

Xidməti otaq 3000x2440x2500mm - 1 ədəd

Piyada keçidinin bünövrələri svaylar üzrə tökmə dəmir-beton, aşırım konstruksiyası polad qəbul edilmişdir. Xidməti otaq dəmir-beton tava üzrə metal karkas və 60 mm qalınlığında sendvic materialından RAL 7042 nəzərdə tutulub. Qapı və pəncərələr metalplastik, döşəmə istilik izolyasiyalı beton hazırlıq qatı üzrə laminat lövhələrdən ibarət olacaq. Xidməti otaq elektrik, istilik-kondisioner sistemləri və video müşahidə sistemi ilə təmin olunacaq. Metal elementləri zavod şəraitində yığılır və qaynaq edilir.