Bizim istehsalımız

Caspian İnternational Technology Group

Ad: “Caspian İnterrnational Technology Group” MMC
Təsis olunma tarixi: 10.06.2018
Direktor: Cavid Azizov
Elektron poçt ünvanı: [email protected]
Əlaqə nömrəsi: +994 50 268 86 74

2018-ci ildə “EVRASCON” Avro-Asiya İnşaat Korporasiyasının sədri Əfəndi Hacımuradoviç tərəfindən korporasiyanın törəmə müəssisələrinin yaradılması barədə qərar qəbul edilmişdir. Onlardan biri “Caspian İnterrnational Technology Group” MMC-dir.

Şirkət 10 iyun 2018-ci il tarixində təsis edilmiş və metal konstruksiyalarının istehsalı ilə məşğul olmağa başlamışdır:

  • Polad və alüminium konstruksiyalar üçün BS EN 1090 standartı;
  • Polad və alüminium konstruksiyalar üçün ГОСТ Rusiya standartı;
  • EN və Gost qaynaq spesifikasiyaları standartları;
  • 2500 seriyalı gəmiqayırma valları;
  • Gəmi ehtiyat hissələrinin alınması;
  • Kompozit armatur istehsalı;
  • Polietilen boruların istehsalı;
  • Hidravliki Jack-up platformasının tikintisi (Rusiya Dəniz Gəmiçiliyi Qeydiyyatı ilə təsdiqlənmişdir).

Konstruksiyaların yaradılması zamanı Voortman Steel Manufacturing SystemTekla 3D proqramından istifadə olunur. Mazak Milltronics dəzgahları isə çertyojlar üzrə bütün istehsalatlarda istifadə olunur. Həmçinin, hal hazırda şirkətin nəzdində metal konstruksiyalar və məmulatların istehsalı üzrə zavod fəaliyyət göstərir (zavoda keçid).

Şirkət tərəfindən həyata keçirilən layihələr:

  • Ələtdə yeni beynəlxalq ticarət portu;
  • Salyan körpüsü;
  • Abşeron Magistral Kanalı;
  • Oğuz, Şimal çayları və s. layihələri üzrə tikinti sahələri;
  • Binə Aqroparkı.