Layihələrə qayıt
Yolların tikintisi - Ukrayna

Kiyev-Çop avtomobil yolunda (M-06) nəqliyyat qovşaqları

“EVRASCON” Korporasiyası tərəfindən yüksək standartlara uyğun həyata keçirilən beynəlxalq layihələr bir çox ölkənin tikinti bazarında onun peşəkar nüfuzunu artırıb. Onlar arasında Ukraynada həyata keçirilən Zdvij çayı üzərindən körpü tikintisi, Kiyev-Yaqodin avtomobil yolunun təmiri (Kiyev vilayəti hüdudlarında), Kiyev-Çop avtomobil yolunda (M-06) nəqliyyat qovşaqlarının tikintisi kimi layihələri qeyd etmək olar.

Kiyev-Çop magistralı (M-06) vacib transavropa marşrutları ilə bağlı olan qərb istiqaməti üzrə (Macarıstanla sərhədədək) Ukrayna ərazisində beynəlxalq əhəmiyyətli avtomobil yolu. Lakin M-06 ilə kəsişmədə yerli əhəmiyyətli avtomobil yollarının bir çoxu magistralın aşağı buraxılış qabiliyyəti və yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olur.

“EVRASCON” Korporasiyası tərəfindən həyata keçirilən layihəyə iki nəqliyyat qovşağının tikintisi, iki körpü və iki yol ötürücüsünün yenidən qurulması, həmçinin II dərəcəli avtomobil yolu (17,5 km) və I dərəcəli avtomobil yolunun (8,5 km) təmiri daxil idi. Birinci nəqliyyat qovşağında (magistralın 322-ci km-də) 2 yeni yol ötürücüsü, bir tunel, 8 eniş və su buraxıcı boruların tikintisi həyata keçirilmişdir. İkinci nəqliyyat qovşağında (yolun 348-ci km-də) bir yol ötürücüsü, 4 eniş və su buraxıcı borular tikilmişdir.

Bütün işləri yüksək keyfiyyətlə və müasir texnologiyalardan istifadə edərək icra edən “EVRASCON” Korporasiyası yalnız Kiyev-Çop avtomobil yolunda yüklənmənin aradan qaldırılmasına deyil, bir çox Avropa ölkəsinin istifadə etdiyi magistralda təhlükəsizlik səviyyəsi və hərəkət rahatlığının artırılmasına töhfə vermişdir.

Telegram
WhatsApp