SKY PARK
Sea Breeze ərazisində yerləşən Sky Park yaşayış kompleksində svay işlərinin icrasını uğurla başa çatdırdıq. Bu layihə bölgədə inşa olunan ilk çoxmərtəbəli kompleksdir və dörd 24 mərtəbəli binanı əhatə edir. Tikinti müasir High-Tech üslubunda aparılır və kompleks Xəzər dənizinə panoramik mənzərə təqdim edir.
Svay mərhələsi gələcək tikilinin dayanıqlığını təmin edən əsas mərhələlərdən biri idi. Bütün işlər layihə sənədlərinə, tikinti normalarına və texnoloji tələblərə tam uyğun şəkildə yerinə yetirildi. Bu, davam edən tikinti prosesləri üçün möhkəm və etibarlı təməl formalaşdırdı.
Sky Park sahilyanı zonanın yeni memarlıq simasına çevriləcək — dinamik siluet, axşam işıqlandırması və funksional dizayn sayəsində bu layihə ərazinin inkişafında mühüm rol oynayacaq. Svay işlərinin uğurla tamamlanması ilə biz bu irimiqyaslı layihənin formalaşmasına öz töhfəmizi verdik