Layihələrə qayıt
Körpülərin tikintisi - Azərbaycan

Zaqatala rayonunda Talaçay çayı üzərində avtomobil yolu körpüsü

Körpü keçidi tikinti dəyəri xeyli dərəcədə çayın keçidinin yerindən asılı olan mürəkkəb və bahalı qurğulardan ibarət kompleks təşkil edir. Layihə üzrə Sifarişçi Azərbaycan Respublikasının "Meliorasiya və Su təsərrüfatı" ASC-dir.

Körpünün texniki göstəriciləri:

  • Körpünün ümumi uzunluğu L = 189,0 m;
  • Körpünün sxemi - 6 х 30,0 m;
  • Körpünün qabariti - Q = 6,0 m.

Körpü keçidi yolun ayrılmaz bir hissəsidir, buna görə də layihələndirilmə zamanı, ilk növbədə əsas tələb – yol daşımalarınına ən yaxşı şəkildə xidmət edilməsini nəzərə almaq lazımdır. Çay keçidinin yerinin seçilməsi bu tələbə tabedir.

Əsas məqsədə - daşımaların ən yaxşı xidməti - nail olmaq üçün ilk növbədə fasiləsiz yol hərəkətini təmin etmək lazımdır. Buna görə körpü keçidi qurğuları xidmət etdikləri uzun müddət ərzində yarana biləcək hər bir şəraitdə davamlı qalacaq və öz funksiyalarını yerinə yetirə biləcək şəkildə layihələndirməlidirlər. Yəni, keçidin qurğuları proqnoz edilmiş su axınının təsirinə və çay yatağının deformasiyalarına qarşı davamlı olmalıdır.

Telegram
WhatsApp