M-07 Kiyev-Kovel-Yaqodin avtomobil yolunun təmiri
Bu layihə, M-07 Kiyev-Kovel-Yaqodin avtomobil yolunun km 30 + 600 ÷ 64 + 000 hissəsində və Zdvij çayının km 51 + 845,08 hissəsində yeni körpünün inşasını nəzərdə tutur.
Sifarişçi "Ukravtodor" Ukrayna Dövlət Yol Xidməti idi, İRD Engineering S.R.J "EVRASCON" Korporasiyasının məsləhətçisi kimi çıxış edirdi.
M-07 Kiyev-Kovel-Yaqodin avtomobil yolu Ukrayna ərazisində beynəlxalq əhəmiyyətli bir yoldur. Bu yol, Kiyevdə başlayır və Polşa ilə dövlət sərhədində "Yaqodin" NBM-nə kimi, Lyublinə qədər davam edir. Yol böyük yaşayış məntəqələrindən keçir: Qostomel, Malin, Korosten, Olevsk, Sarni, Maneviçi, Kovel, Lyuboml. E-373 Avropa marşrutunun tərkib hissəsidir. Ümumi uzunluğu 486,5 km, yanaşma yolları ilə 488,4 km.
Bu layihə üzrə "EVRASCON" Korporasiyası tərəfindən yerinə yetirilmişdir:
- Uzunluğu L = 33,4 km olan yolun əsaslı təmiri;
- Uzunluğu L = 109,20 m olan bir körpünün tikintisi;
- 34 ədəd müxtəlif ölçülü su ötürücü boruların tikintisi.