Layihələrə qayıt
İnfrastruktur işləri - Azərbaycan

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində mineral gübrələr terminalının tikintisi

Korporasiya hal-hazırda Ələt dəniz liman ərazisində mineral gübrələrin daşınması üzrə yeni terminalın tikinti işlərini aparır.

Bu terminal “Claudius Peters Technologies” (Almaniya) şirkəti tərəfindən verilmiş texnoloji tapşırıq əsasında layihələndirilmişdir.

Terminal müvafiq məhsulların Orta Asiya ölkələrindən Azərbaycan vasitəsilə Qərb bazarlarına daşınması üçün əhəmiyyətli potensiala malik olacaq.

Terminalın illik məhsul dövriyyəsi 2,5 milyon ton nəzərdə tutulub.

Bu qurğu, ümumi tutumu 60 min ton olan beş anbar və ən son konveyer sistemlərinə malik olmaqla mineral gübrələrin gəmilərdən birbaşa dəmiryol vaqonlarına və ya müvəqqəti anbarlara boşaldılması və sonradan dəmiryol vaqonlarına yüklənməsini təmin edəcək.

Sifarişçi: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC

Telegram
WhatsApp