Layihələrə qayıt
Suvarma işləri - Azərbaycan
Vəlvələçay-Taxtakörpü kanalı
Layihənin sifarişçisi: “Azərbaycan Meliorasiya və su təsərrüfatı” ASC. Layihə Azərbaycan Respublikası Dövlət Neft Fondu, İslam İnkişaf Bankı və OPEK Fondu tərəfindən maliyyələşdirilmişdir.
Bu, özü axan kanaldır və Samur-Abşeron Kanalına (SAK) alternativdir. Bu kanaldan su Ceyranbatan su anbarına nasos stansiyaları ilə verilir.
Kanalın tikilməsinin məqsədi – Bakı, Sumqayıt şəhəri, Abşeron yarımadasının su təchizatının yaxşılaşdırılması və torpaqların suvarılması. Əsas Vəlvələçay-Taxtakörpü kanalı suyu Samur-Abşeron kanalından başlayaraq əsas qurğu vasitəsilə Ceyrabatan-Taxtakörpüyə daşıyır. Kanalın maksimal su sərfiyyatı Q = 75 m³/s təşkil edir.
Layidə nəzərdə tutulmuşdur:
- Ümumi uzunluğu 31,2 km olan kanal;
- Ümumi uzunluğu 3500 m olan 2 tunel;
- Kanalın altında leysan axıdıcıları - 31 əd.;
- Kanalın altında leysan axıdıcıları - 5 əd.;
- 10 ədəd körpü keçidi;
- 5 ədəd düker.
Tweet
Share
Telegram
WhatsApp