Layihələrə qayıt
Svay işləri - Azərbaycan

Bakidaki Heydər Aliyev Mərkəzinin svay işləri

Mərkəzin layihəsi 2007-ci ildə memar Zaha Hadid tərəfindən hazırlanmışdır. 2014-cü ildə mərkəz dünyada ən yaxşı bina adına və Design of the Year mükafatına layiq görülmüşdür.

Binanın tikintisi müasir dövrün ən cəsarətli mühəndislik layihələri və dünyanın memarlıq şedevrlərinə həsr olunmuş verilişin beynəlxalq buraxılışlarından birində işıqlandırılmışdır.

Bu memarlıq şedevrinin tikintisində “EVRASCON” Korporasiyası daxil olmaqla bir neçə korporasiya iştirak etmişdir.

Tikinti zamanı Korporasiyanın aşağıdakı öhdəlikləri var idi:

  • Qazma-doldurma svayların - D = 80 sm – 134 əd. / 2966 p.m. quraşdırılması;
  • Qazma-doldurma svayların - D = 100 sm – 105 əd. / 2329 p.m. quraşdırılması.

Hal-hazırda Heydər Əliyev Mərkəzi müasir Bakının rəmzlərindən biri hesab olunur.

Telegram
WhatsApp