Layihələrə qayıt
Körpülərin tikintisi - Azərbaycan

Şimal-Cənub dəhlizinin bir hissəsi olan 28-89 km-lik Bakı-Samur avtomobil yolunda körpü və üst keçidlərin tikintisi

Sifarişçi: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi.

“EVRASCON” Korporasiyası bu layihədə yeni mühəndis üsullarından istifadə etməklə körpü və yol ötürücülərinin tikintisini üzərinə götürərək subpodratçı qismində iştirak etmişdir. Baş podratçı kimi Todini Group, konsultant kimi isə TEMELSU International Engineering Services Korporasiyası çıxış etmişdir.

Müasir körpü konstruksiyaları memarlardan tutmuş öz sahəsinin peşəkarı olan işçilərədək ən müxtəlif mütəxəssislərin gücü və təcrübəsinin istifadə olunmasını tələb edən mürəkkəb mühəndis qurğularıdır.

Məhz bu səbəbdən bu qəbildən işlərin icrası həm Azərbaycanda, həm xaricdə “EVRASCON” Korporasiyasına həvalə edilir.

Bu layihədə əvvəlcədən gərginləşdirilmiş monolit aşırım qurğusundan istifadə etməklə ümumi uzunluğu 152,63 m olan 2 körpü və ümumi uzunluğu 378,03 m olan 9 yol ötürücüsünün tikintisi nəzərdə tutulmuşdu.

Telegram
WhatsApp