Layihələrə qayıt
Körpülərin tikintisi - Azərbaycan

Pirallahı adasında avtomobil yolu körpüsü

Azərbaycanın ərazisində müasir yol və nəqliyyat infrastrukturunun yaradılması üçün geniş miqyaslı layihələr həyata keçirilir. "EVRASСON" Korporasiyası mövcud magistralların modernləşdirilməsində, paytaxt və regionlarda körpülərin və üst keçidin tikintisində fəal iştirak edir.

Korporasiyanın uğurlu layihələrindən biri Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən, Pirallahı rayonunda yol körpüsünün tikintisinin həyata keçirilməsidir. Dəniz dalğaları davamlı olaraq ötən əsrin 50-ci illərində tökmə bənd üzərində tikilmiş yolun eroziyasına səbəb olub. O zaman adada işçi qəsəbəsində əsasən neftçi ailələri yaşayırdı.

Bu kimi qurğular üçün qəbul edilən ən yüksək standartlara cavab verən yeni körpü Qala-Pirallahı yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442 m, eni - 14 m, zolağın eni - 12 m. Körpünün altında uzunluğu 81.4 m, hündürlüyü 11 m olan orta aşırımda su nəqliyyatından sərbəst şəkildə istifadə edilə bilər. Pirallahı körpüsünün girişində giriş yolu 1.1 km uzunluğundadır. Körpünün çıxışında yanaşma yolunun uzunluğu - 850 m.

Layihə 2017-ci ilin may ayında başa çatmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Pirallahı adası ilə eyni adlı qəsəbəni birləşdirən göz oxşayan gözəl körpü kənd sakinlərinə rahatlıq yaratmaq ilə yanaşı sahil boyunca turizm infrastrukturunun inkişafı üçün imkanlar açır.

Telegram
WhatsApp