Layihələrə qayıt
Offshore işləyi - Azərbaycan

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin gəmiləri üçün yanalmanın tikintisi

Sifarişçi: “Azərbaycan Dövlət Sərhəd Xidməti”.

Türkan qəsəbəsində dəniz limanı dəniz sahilinin mühafizəsi üçün böyük əhəmiyyət daşıyır. Limanın akvatoriyası və gəmilərin mühafizəsi üçün qərb və şərq qurğusu olmaqla iki dalğaya qarşı qurğu tikilib.

Dalğaya qarşı qurğular estakada tipli konstruksiyadan ibarətdir. Onların daxili hissəsi böyük gəmilərin yanaşması üçün nəzərdə tutulub. Yanalmalar 2 t / m2 qədər şaquli yüklərin qəbulu üçün nəzərdə tutulub.

Yanalmanın tikinti sahəsi Türkan qəsəbəsindən 4 kilometr məsafədə qərb istiqamətində, Abşeron yarımadasının cənub sahilində yerləşir.

Sahildən dənizə 300 m məsafədə və sahilədək 200 m məsafədə daş bəndi tikilib. Yanalmanın akvatoriyası avtomobil yolunadək 480 m tökmə ərazini əhatə edir.

Telegram
WhatsApp