Çox mərtəbəli yaşayış binalarının kompleksi "Gumush Residence"
“Gumush Residence” Kompleksi Bakıda ən gözəl yaşayış komplekslərindən biridir.
Ümumi sahəsi 11200 kvadratmetr olan kompleks 16, 18 və 20 mərtəbəli, həmçinin iki 8 mərtəbəli binası olan üç əsas binadan ibarətdir. Ən qabaqcıl tikinti texnologiyaları ilə inşa edilmiş və mühəndisi fikrin ən son nailiyyətlərini əks etdirən 110 mənzildən 11 ədədi Dupleks-1 tipli olub alt mərtəbələrdə, 12 ədədi isə Dupleks-2 tipli olub üst mərtəbələrdə yerləşir. Eyni zamanda üçmərtəbəli ofis mərkəzi də yuxarı mərtəbələrdə yerləşir
Svay işlərində geniş təcrübəsinə görə "EVRASCON" Korporasiyasına kompleks üçün svay bünövrəsi və monolitik dəmir-beton karkasın quraşdırılması həvalə edilmişdir.
Komppleksin miqyası, landşaftı (kompleks dik bir yamacda yerləşir) və kompleksin həcmi göz önünə alınaraq, iş yüksək keyfiyyət və təcrübə tələb edirdi və qüsursuz şəkildə vaxtında mükəmməl həyata keçirildi