Layihələrə qayıt
Offshore işləyi - Qazaxıstan

Aktau limanının genişləndirilməsi

"EVRASCON" Korporasiyasının ilk dəfə olaraq Azərbaycan hüdudundan kənara çıxışı 2006-cı ildə Qazaxıstanla əməkdaşlıqdan başladı. Suvarma işlərində təcrübəsini nəzərə alaraq "EVRASCON" Korporasiyasına Qazaxıstanın ən mühüm limanlarından biri olan Aktau limanının genişləndirilməsi həvalə edilmişdir. Sifarişçi Qazaxıstanın Beynəlxalq dəniz ticarət limanı idi.

Aktau limanı Qazaxstanın çox əhəmiyyətli strateji obyektidir və gəmiçilik və gəmilərə xidmətetmənin bütün təhlükəsizlik tələblərinə cavab verən Respublikanın yeganə rəqabət edə biləcək dəniz ticarət limanıdır. Aktau limanının genişləndirilmə planı «Qazaxıstan 2030» inkişaf strategiyası əsasında işlənib hazırlanmışdır və Xəzər dənizinin Qazaxıstan sektorunun istifadə edilməsi və ölkənin sənaye-yenilik inkişafı dövlət proqramlarının tələblərinə cavab verir.

Limanın genişləndirilməsi üzrə işlər 2008-ci il əvvəlindən başlamışdır. Hazırlıq işlərindən (buraya təşkilat işləri, fəhlələrin, maşın və mexanizmlərin mobilizasiyası daxildir) başqa, limanda görülən iş növlərinə daxildir:

  • Torpaq işləri;
  • Dağ süxurunun tökülməsi;
  • Daşların qoyulması;
  • Akvatoriyanın dibinin təhlil edilməsi;
  • Svayların hazırlanması və vurulması;
  • Beton işləri.

Tikinti müddəti beş mərhələyə bölünmüşdür:

  • Hazırlıq işləri;
  • Müvəqqəti körpünün tikintisi;
  • Dalğaqıranın tikintisi;
  • Müvəqqəti körpünün sökülməsi;
  • İşlərin tamamlandırılması.
Telegram
WhatsApp