18.03.2022

Osipov dərəsi üzərində körpünün tikintisi

"EVRASCON" korporasiyasının bilavasitə iştirak etdiyi Osipov dərəsi üzərində körpünün tikintisi üzrə irimiqyaslı layihəyə Kazandan 50 kilometr aralıda, hazırda tikintisi davam edən M-12 (Moskva - Kazan) magistralında başlanılıb.

Qısa müddət ərzində mütəxəssislərimiz tərəfindən bir sıra işlər yerinə yetirilib. Belə ki, 658-ci km-də bünövrə və qazma svayların quraşdırılması, həmçinin svayın doldurulması işləri başa çatdırılıb.

Hazırda Osipov dərəsi üzərindəki əsas keçidin gövdəsində körpünün tikintisi üçün rostverqlər quraşdırılır.

Müasir avadanlıq və texnologiyaları tətbiq edən "EVRASCON" Korporasiyası görülən işlərin keyfiyyətinə zəmanət verir.