26.05.2023

"NİKKİ BEACH" Layihəsi

"Evrascon MMC"- in layihələrindən olan "NİKKİ BEACH" layihəsi Bakının Nardaran qəsəbəsində yerləşən suni adanın tikintisi davam edir. Layihələndirilən süni adanın sahildən təxminən 160-200 m uzaqlıdqda yerləşdirilməsi nəzərdə tutulmuşdur. Dəniz dibinin səviyəsi sahildən dənizə doğru 0,30 m – 2,50 m arasında dəyişir.
Süni ada təxminən 1 ha ərazini əhatə edir (9962 m²). Süni adanın yaradılması üçün dənizin dib səviyyəsindən 4 - 5 m hündürlükdə qapalı şəkildə qapalı daş-tökmə damba qurulması nəzərdə tutulur. Dambanın üstdən eni 2 m-dir. Dərin hissələrdə dambanın ayağının möhkəmləndirilməsi məqsədi ilə əlavə daş-tökmə dayaq prizması və beton bloklar verilməsi nəzərdə tutulmuşdur. Qapalı dambanın daxili hissəsinin doldurulması üçün qum materialından istifadə ediləcək.
Süni ada üzərində əyləncə və istirahət məqsədli binalar və qurğuların tikintisi ( bir və ya iki mərtəbəli istirahət məkanları, çardaqlar (besedka), dayaz hovuzlar) nəzərdə tutulmuşdur.