29.06.2021
M-05 Kiyev-Odessa və M-06 Kiyev-Çop avtomobil yollarında nəqliyyat qovşaqlarının tikintisi
Hazırda "EVRASCON" ASC şirkəti Ukraynada Kiyev-Odessa M-05 və Kiyev-Çop M-06 magistrallarında nəqliyyat qovşaqlarının tikintisi üçün müqavilə üzrə işlərin icrasına başlayır.
Layihənin icrası prosesi̇ndə aşağıdakı işlərin yeri̇nə yeti̇ri̇lməsi̇ nəzərdə tutulur:
- D=1200 mm dayaq qazma svaylarının quraşdırılması (Kiyev-Odessa Lot 1, M-05: 15+390 km);
- Rostverqlərin və dayaqların tikintisi (Kiyev-Odessa Lot 1, M-05: 15+390 km);
- İstinad divarının rostverqlərinin tikintisi (Kiyev-Odessa Lot 1, M-05: 15+390 km);
- D=1200 mm dayaq qazma svaylarının tikintisi (Kiyev-Odessa Lot 2, M-05: 21+847 km);
- 2 saylı yerüstü keçidin Monolit aşırım qurğusunun taxta qəlibləri, (Kiyev-Çop Lot 3, M-06: 21+767 km);
- Aşırım qurğusunun müvəqqəti dayaqları üçün beton panellərin quraşdırılması (Kiyev-Çop Lot 3, M-06: 21+767 km);
- 1 saylı yerüstü keçiddə istinad divarlarının tikintisi (Kiyev-Çop Lot 3, M-06: 21+767 km);
- 1 saylı yerüstü keçiddə beton maneələrin cilalanması (Kiyev-Çop Lot 3, M-06: 21+767 km).