14.04.2022

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun kəsişməsində yerüstü piyada keçidinin tikintisi

Keçən il oktyabr ayının 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yolunun tikintisi intensiv sürətdə davam etdirilir. Bu layihələrdə "EVRASCON" Korporasiyası da fəal iştirak edir.

Mütəxəssislərimiz tərəfindən Horadiz- Cəbrayıl-Zəngilan- Ağbənd avtomobil yolunun kəsişməsində 15,0 + 2 x 21,0 + 15,0 m sxem üzrə ümumi uzunluğu L = 80,20 m, eni G = 10,0 + 2 x 0,75 m olan yerüstü piyada keçidinin layihələndirilməsi üzrə işlər görülmüşdür.

Bu yerüstü piyada keçidinin dizaynı A-15, NK-100 müvəqqəti yüklərinin 9 ballıq seysmik davamlılığı nəzərə alınmaqla 2.05.03-84* normasına uyğun olaraq hazırlanmışdır və bu da bu onu təhlükəsiz və davamlı edir.

Korporasiyamızın fəaliyyətində layihələndirmə ilə bağlı işlər xüsusi yer tutur. Beləki, komandamız aşağıdakılar üzrə ətraflı plan tərtib edib:

  • 1000 mm diametrli qazma svaylar üzərində 2 sıra barmaqlıqlardan, 2 korpusdan, dirəklərdən və dayaq qanadlarından ibarət 1 nömrəli Xarici dayağın layihələndirilməsi;
  • Svay bünövrəsi üzərində 1 cərgə qazma dirəkdən ibarət 4 saylı Xarici dayağın fərdi dizaynı;
  • 1000 mm diametrli, 2 dayaqlı qazma svay bünövrələrində 3 sıra dəmir tordan ibarət Orta dayağın strukturunun layihələndirilməsi.

“EVRASCON” milli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Və biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmirik. Qarşıda yeni və daha maraqlı layihələrə imza atacağıq.