08.04.2022

Dövlət Bayrağı Meydanında aparılan bərpa və yenidənqurma işləri

“EVRASCON” Korporasiyasının həyata keçirdiyi layihələr sırasında yeni tikinti obyektlərinin tikintisi ilə yanaşı mövcud obyektlərin bərpası da mühüm yer alır. Komandamız Bakı şəhərinin Səbail rayonunun ərazisində yerləşən Dövlət Bayrağı Meydanında bir sıra yenidənqurma işləri aparıb.

Mütəxəssislərin əsas məqsədi bayraq dirəyinin ətrafındakı zəmini möhkəmləndirmək olmuşdur. Paytaxtda əsən güclü küləklər bunu biz zərurətə çevirmişdir. Bu məqsədlə yüksək möhkəmlikli armatur və xüsusi B-105 markalı beton istifadə edilmişdir.

Strukturun dayanıqlı olmasını təmin etmək üçün 1500 mm diametrlik əlavə beton svaylardan istifadə edilmişdir. Məhz bu 190 m hündürlüyündə bayraq dirəyinin quraşdırılmasına imkan yaratmışdır. Paralel olaraq bir sıra kommunikasiya işləri də aparılmışdır.

"EVRASCON" istənilən mürəkkəblikdə olan layihələri həyata keçirir. Ən müasir texnologiyaların tətbiqi və ən yaxşı materialların istifadəsi sayəsində yüksək keyfiyyətli işləri təhvil veririk.